Hindistanda benzin və dizel qiymətləri qaldırılacaq

Hindistanda benzin və dizel qiymətləri qaldırılacaq

Ukrayna münaqişəsində qlobal neft qiymətlərinin yüksəlməsi fonunda Hindistan benzin və dizelin qiymətlərini gələn həftə artıracaq.

SIA “Reuters”ə istinadə xəbər verir ki, neft şirkətləri martın 7-də keçiriləcəkləri iclasda bu barədə qərar qəbul edəcək.

Neft ehtiyacının 80%-ni idxal hesabına ödəyən bu ölkədə qiymət artımı noyabrda olmuşdu.

Dövlət neft şirkətləri Hindistan hökumətinə benzin və dizelin qiymətini bir litr üçün 10-12 rupi artırmalı olduqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə