Şimali Koreya Yapon dənizi istiqamətində azı bir mərmi atıb

Şimali Koreya Yapon dənizi istiqamətində azı bir mərmi atıb

Şimali Koreya Yapon dənizi istiqamətində azı bir naməlum mərmi atıb.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə məlumatı Cənubi Koreyanın Qərargah Rəisləri Birləşmiş Komitəsi yayıb.

Son buraxılış ilin əvvəlindən KXDR tərəfindən həyata keçirilən doqquzuncu raket buraxılışıdır. Yanvarda Pxenyan taktiki idarə olunan raketləri və dəmiryolu raket sistemini, həmçinin havaya qalxdıqdan sonra manevr edə bilən hipersəs raketlərini sınaqdan keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə