Finlandiya NATO-ya daxil olma məsələsini müzakirə etməyə hazırdır

Finlandiya NATO-ya daxil olma məsələsini müzakirə etməyə hazırdır

Finlandiya hökuməti əhalinin bu məsələyə münasibəti dəyişdiyi üçün ölkənin NATO-ya daxil olması ilə bağlı müzakirələrə açıqdır.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bunu cümə günü Finlandiya prezidenti Sauli Niinistö bildirib.

Onun sözlərinə görə, vəziyyət həm Finlandiya, həm də İsveçdə dəyişib.

"İlk dəfədir ki, sorğulara əsasən, insanların əksəriyyəti NATO-ya daxil olmağın tərəfdarıdır, ona görə də biz bunu parlamentlə müzakirə etməyə hazırıq", S. Niinistö müsahibəsində qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə