Liviyanın Baş naziri Əbdülhəmid Dibeybe istefa verib.
SİA xəbər verir ki, bu barədə hökumətin yaydığı bəyanatda deyilir.
“Ölkənin keçdiyi bu çətin şəraitdə, ixtilaf, daxili və xarici qüvvələrin sui-qəsdləri, tüğyan edən silahlı qruplaşmalar şəraitində Əbdülhəmid Dibeybe istefa vermək qərarına gəlib. Qərar ölkədəki vəziyyətin hərtərəfli öyrənilməsindən sonra liviyalıların mənafeyinə və ölkənin ali milli maraqlarına uyğun olaraq, o cümlədən ştatda və xüsusilə paytaxtda qan tökülməsinin qarşısını almaq məqsədilə qəbul edilib”, – məlumatda bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB