Malidə terrorçuların hücumu nəticəsində onlarla hərbçi öldürülüb

Malidə terrorçuların hücumu nəticəsində onlarla hərbçi öldürülüb

Terrorçuların Malidə hərbi bazaya hücumu nəticəsində azı 27 nəfər həlak olub.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə məlumatı Mali SQ mətbuat xidməti yayıb.

Qeyd olunur ki, yüzlərlə yaraqlı Malinin mərkəzindəki Mondoro şəhəri yaxınlığında hərbi bazaya hücum edib. Nəticədə 27 hərbçi həlak olub, daha 33 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yeddi əsgər itkin düşüb.

Hadisə zamanı 47 terrorçu yerindəcə məhv edilib, daha 23 terrorçu təmizləmə əməliyyatı zamanı neytrallaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə