Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) təcili olaraq Ukraynadakı atom elektrik stansiyalarını yoxlayacaq.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə "Telegram"-da Ukraynanın "Energoatom" Milli Nüvə Enerjisi İstehsalat Şirkəti məlumat yayıb.
"AEBA-nın sədri Rafael Qrossi bildirib ki, agentlik Zaporojye Atom Elektrik Stansiyasının atəşə tutulması ilə əlaqədar AES-i yoxlamaq üçün Ukraynaya gəlməyi planlaşdırır", - məlumatda bildirilir.
Həmçinin qeyd olunur ki, yoxlamalar Çernobıl AES zonasında aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB