Rusiyanın "S7" hava yolu şirkəti bütün beynəlxalq reyslərini ləğv edib

Rusiyanın "S7" hava yolu şirkəti bütün beynəlxalq reyslərini ləğv edib

Rusiyanın ən böyük hava yollarından biri olan "S7" bütün beynəlxalq reyslərini ləğv edib.

SİA-nın əldə etdiyi məlumata görə, "S7" hava yolu şirkətinin verdiyi açıqlamada martın 5-dən etibarən şirkətin bütün beynəlxalq uçuşlarının ləğv edildiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, xaricə uçuşları ləğv edilən vətəndaşlar geri dönüş reyslərini partnyor aviaşirkətlər ilə həyata keçirə bilərlər və tələb olunarsa bilet qiymətləri geri qaytarıla bilər.

Xatırladaq ki, ABŞ, Avropa İttifaqı, Yaponiya və Kanada hava məkanlarını Rusiya təyyarələri üçün bağlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə