Cənubi Koreyada yanğın baş verib

Samçeok şəhəri yaxınlığındakı mayeləşdirilmiş təbii qaz zavodu təhlükə ilə üz-üzə qalıb
Cənubi Koreyada yanğın baş verib

Cənubi Koreyanın Uljin şəhərinin şərq hissəsindəki meşə yanğını Hanul atom elektrik stansiyasına çatdığı üçün Cənubi Koreya prezidenti Mun Çje İn yanğının dərhal söndürülməsinə göstəriş verib.

SİA xarici mətbuata istinadən bildirir ki, Cənubi Koreyanın şərqindəki Uljin bölgəsinin dağlıq ərazisində yanğın baş verib. İndiyədək meşə yanğınında 3300 hektar ərazi yanaraq külə dönüb, 50-dən çox ev isə alovlara qərq olub. Bölgədə təsirli olan güclü külək səbəbindən sürətlə yayılan meşə yanğını Hanul atom elektrik stansiyasına qədər gəlib və səlahiyyətliləri təşvişə salıb. Cənubi Koreya prezidenti Mun Çje yanğının mümkün qədər tez söndürülməsinə göstəriş verib. Yanğının nəzarət altına alınması məqsədilə 30 helikopter, 230 yanğınsöndürən maşın və 1100 yanğınsöndürən işini davam etdirir.

Qeyd edək ki, yetrli hökumət alovun Samçeok şəhəri yaxınlığındakı mayeləşdirilmiş təbii qaz zavoduna keçməsindən də ehtiyatlanır.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə