Deyilənə görə, 9 tank, 4 zirehli transportyor məhv edilib
Kiyevdə rus silahlı qüvvələri bir-biri ilə döyüşə girib.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrin Quru Qoşunları məlumat yayıb.
Ukrayna hərbçilərinin sözlərinə görə, Severinivka yaxınlığında baş verən hadisə ilə bağlı məlumatı onlara yerli sakinlər verib.
Məlumata görə, səhvən bir-birinə qarşı döyüşən rus ordusunun 9 tankı və 4 zirehli transportyoru sıradan çıxıb. Ukrayna ordusunun məlumatına görə, bu hadisə onlara 13 “FGM-148 Javelin” tank əleyhinə raketə qənaət etməyə imkan verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB