Pakistanın şimal-qərbində yerləşən Peşəvar şəhərində martın 4-də baş verən partlayış nəticəsində ibadət edənlərdən 45 şəxs ölüb, onlarla insan yaralanıb.(YENİLƏNİB)
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə yerli polis əməkdaşları bildirib.
Polis əməkdaşlarının bildirdiyinə görə, partlayış Peşəvarın Kuça Risaldar məscidində dindarların cümə namazına toplaşdığı vaxt törədilib.
Məlumata görə, yaralılar xəstəxanaya yerləşdirilib.
Partlayışın məsuliyyətini üzərinə götürən yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB