Ruslar atom elektrik stansiyasını vurdular

Ruslar atom elektrik stansiyasını vurdular

Rusiya qoşunlarının Ukraynanın cənubundakı atom elektrik stansiyasının vurulması dünyanı şoka salıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Ukrayna hakimiyyəti Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojjiyada yanğın baş verdiyini açıqlayıb. Yaxınlıqdakı Enerhodar şəhərinin meri Dmitro Orlov "Yanğın elektrik stansiyasının bombalanması səbəbindən başlayıb" deyib və əlavə edib ki, yanğınsöndürmə briqadası qarşıdurma səbəbindən yanğına müdaxilə edə bilməyib.

Ukrayna xarici işlər naziri Dmitro Kuleba da "Rusiya ordusu nüvə obyektini hər tərəfdən atəşə tutur. Yanğın baş verdi. Partlayış olarsa, Çernobıldan 10 dəfə böyük olacaq. Rusiya atəşi dərhal dayandırmalı və yanğınsöndürənlər imkan verməlidir" dedi. Atom Elektrik Stansiyasının sözçüsü Andriy Tuz yanğının böyük təhlükə yaratdığını bildirib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə