33 insan həyatını itirdi

Rusiya qoşunlarının Ukraynaya müdaxiləsinin doqquzuncu günündə rus ordusu Çerniqovu atəşə tutub. SİA xarici mətbuata istinadən xəbər verir ki, rus işğalçılarının hava zərbələri endirdiyi Çerniqov şəhərinin mərkəzi cəhənnəmə çevrilib. Rusiya və Belarus sərhədlərinə çox yaxın olan Çerniqovda çoxlu binalar dağılıb, xilasedicilər dağıntılar altından 33 cansız cəsədi çıxarıblar.

Qeyd edək ki, Rusiya ordusu Çerniqov şəhərində yanacaq çənlərini də vurub.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə