"Rəsmi Vaşinqton Ukrayna tərəfini kəşfiyyat məlumatları ilə təmin etməkdə davam edir və onun hərbi potensialını gücləndirməyə çalışır”.
SİA xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
“Biz Ukraynanı kəşfiyyat məlumatları ilə təmin etməyə davam edirik. ABŞ-ın Kiyevi peyk şəkilləri ilə təmin etmək imkanlarına hava şəraiti mane olur. Vaşinqton Kiyevə yardım etməyə çalışır ki, Ukrayna özünü müdafiə etməyə davam edə bilsin”, – məlumatda deyilir.
Məlumatda həmçinin deyilir ki, Ukrayna ərazisində amerikalı hərbçi yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB