Bayden və Zelenski Zaporojye AES-dəki vəziyyəti müzakirə ediblər

Bayden və Zelenski Zaporojye AES-dəki vəziyyəti müzakirə ediblər

ABŞ Prezidenti Cozef Baydenlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Liderlər Zaporojye AES ətrafında vəziyyəti müzakirə ediblər.

“ABŞ Prezidenti Zaporojye AES-də baş vermiş yanğınla bağlı son məlumatı almaq üçün bu axşam Ukrayna Prezidenti ilə danışıb. Prezidentlər Rusiyanı bölgədə hərbi əməliyyatları dayandırmağa, yanğın və fövqəladə hallar xidmətlərinin əraziyə daxil olmasına icazə verməyə çağırıb”.

Bütün xəbərlər Facebook səhifəmizdə