Zelenski: “Avropanın ən böyük AES-i yanır”

Zelenski: “Avropanın ən böyük AES-i yanır”

Ukrayna Prezidenti Volodimir Zelenski Zaporojye AES-də başlayan yanğınla bağlı Avropa liderlərinə müraciət edib.

SİA-nın UNİAN-a istinadla xəbərinə görə, müraciət dövlət başçısının Teleqram kanalında yerləşdirilib.

“Avropalılar, yuxudan ayılın. Avropanın ən böyük AES-i yanır. Burada 6 enerji bloku var. Çernobılda cəmi 1 blok partlamışdı. Ukraynada 15 atom enerji bloku var. Burada partlayış avropanın sonu ola bilər”, - deyə Ukrayna lideri bildirib.

Zelenski hadisə ilə əlaqədar Şarl Mişel, Olaf Şolts, Anjey Duda, Boris Conson və AEBA-nın rəhbəri Rafael Qrossi ilə əlaqə saxlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə