Polşa vətəndaşlarına Rusiya və Belarusdan çıxmağı tövsiyə edib

Polşa vətəndaşlarına Rusiya və Belarusdan çıxmağı tövsiyə edib

Polşa Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Rusiya və Belarus ərazilərini tərk etməyi tövsiyə edib.

SİA-nın əldə etdiyi məlumata görə, müvafiq bəyanat nazirliyin saytında yerləşdirilib.

“Biz Rusiya Federasiyasının ərazisində qalan Polşa vətəndaşlarına mövcud kommersiya və şəxsi vasitələrin köməyi ilə oranı tərk etməyi tövsiyə edirik”, – deyə məlumatda bildirilir. Analoji tövsiyə Belarusa da aiddir.

“Ukraynadakı vəziyyət, bunun nəticəsində Polşa ilə Rusiya arasında hava nəqliyyatının dayandırılması, eləcə də quru yolu ilə Polşaya qayıtmaq imkanlarının çox məhdud olması səbəbindən Xarici İşlər Nazirliyi Rusiyaya səfəri tövsiyə etmir.

Bütün xəbərlər Facebook səhifəmizdə