Ukraynada Rusiyanın daha üç təyyarəsi vurulub

Ukraynada Rusiyanın daha üç təyyarəsi vurulub

Ötən gün Ukraynanın hava hücumundan müdafiə vasitələri rusların daha üç hərbi təyyarəsini məhv ediblər.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.

Qeyd olunub ki, Rusiyanın Su-30SM, Su-34 və Su-25 təyyarələri vurulub. Bildirilib ki, düşmən helikopterinin itkiləri dəqiqləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə