Zaporojye atom elektrik stansiyası yanır

Zaporojye atom elektrik stansiyası yanır

Rusiya hərbçilərinin açdığı atəş nəticəsində Zaporojye atom elektrik stansiyasında yanğın başlayıb.

SİA xəbər verir ki, bu barədə atom elektrik stansiyasının işçilərindən biri məlumat verib.

“Diqqət! Rusiyanın texnikası Zaporojye AES-ə atəş açır. Avropanın ən böyük atom elektrik stansiyasında real nüvə təhlükəsi var. Biz Zaporojye AES-i ağır texnikadan atəş açılmasının dayandırılmasını tələb edirik!”- o, videomüraciətində deyib.

Enerqodar şəhərinin meri Dmitri Orlov da faktı təsdiq edib.

“Dünya təhlükəsizliyinə təhdid! Düşmənin Avropanın ən böyük atom elektrik stansiyasının bina və bölmələrini davamlı atəşə tutması nəticəsində Zaporojye AES-i yanır!”, – mer bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə