“RT America” yayımı dayandırıb

“RT America” yayımı dayandırıb

“RT America” telekanalı yayımı dayandırdığını bəyan edib.

SIA-nın “Ria Novosti”yə istinadla xəbərinə görə, şirkətin ABŞ-da əməkdaşlıq etdiyi prodüser şirkəti istehsalatı dayandıraraq bütün əməkdaşlarını işdən azad edib. Kanalın rəhbəri Mixail Solodovnikov bildirib ki, ABŞ-dakı bütün bürolar fəaliyyətini dayandırıb.

Qeyd edək ki, ABŞ-ın Reddit sosial şəbəkəsi Rusiya mediasından link yerləşdirməyə qadağa qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə