Odessa limanında batan Estoniya gəmisinin heyəti xilas edilib

Odessa limanında batan Estoniya gəmisinin heyəti xilas edilib

Ukraynanın Qara dəniz sahilindəki Odessa limanında batan Estoniya gəmisinin bütün heyət üzvləri xilas edilib.

SİA-nın xəbərinə görə bu barədə Ukrayna Ali Radasının “Twitter” hesabında paylaşım edilib. Bildirilib ki, Estoniyaya məxsus “HELT” adlı gəminin 6 heyət üzvünün hamısı xilas edilib və onların səhhəti qənaətbəxşdir.

Ukrayna rəsmiləri gəminin artilleriya atəşi ilə batırıldığını bildirib.

Qeyd edək ki, daha əvvəl gəminin 6 heyət üzvündən 4-nün itkin düşdüyü açıqlanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə