Rusiya və Ukrayna arasında danışıqlar bir neçə raund davam edə bilər

Rusiya və Ukrayna arasında danışıqlar bir neçə raund davam edə bilər

Rusiya və Ukrayna nümayəndələri daha bir neçə raund danışıq apara bilər.

SİA-nın xəbərinə görə, bunu Rusiya nümayəndə heyətinin üzvü, Dumanın beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski “Rossiya-24” kanalına bildirib.

“İkinci raundda müzakirə olunan məsələlərin siyasi spektrinə gəlincə, bunlar ehtimal ki daha bir neçə raundda müzakirə ediləcək. Üçüncü raund tezliklə, Belarusda baş tutacaq”, - deyə Slutski bildirib.

Slutski əlavə edib ki, bəzi razılaşmaların tezliklə qüvvəyə minməsi üçün parlament diplomatiyasının sürətləndirilməsi vacibdir.

Bütün xəbərlər Facebook səhifəmizdə