Rusiyalılar kütləvi şəkildə ölkədən getməyə çalışırlar

Rusiyalılar kütləvi şəkildə ölkədən getməyə çalışırlar

Son həftə ərzində Moskva və bütün Rusiya sakinlərinin həyatı çox güclü şəkildə dəyişdi, hətta məhv oldu.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bunu “BakuTV”yə açıqlamasında tanınmış rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko bildirib.

O, insanların kütləvi şəkildə Azərbaycan, Gürcüstan və ya Türkiyəyə getməyə çalışdığını bildirib.

“Hökümət heç nəyi izah etmir. Camaat bundan sonra nəyin necə olacağını bilmir. Hamı böyük şok keçirir və çaşqınlıq vəziyyətindədir”, – deyə Şevçenko vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə