Gürcüstan Avropa ailəsinə üzvlük sənədini imzaladı

Gürcüstan Avropa ailəsinə üzvlük sənədini imzaladı

Ukraynadan sonra Gürcüstan da Avropa İttifaqına üzvlüyə namizəd statusu almaqla bağlı rəsmi müraciəti imzalayıb. SİA-nın verdiyi məlumata görə, sənədə ölkənin baş naziri İrakli Qaribaşili imza atıb.

Baş nazir bunu Gürcüstan üçün tarixi gün adlandırıb. Qaribaşvili vətəmndaşlara müraciətində qeyd edib ki, bu, Gürcüstanın Avropaya inteqrasiyasında növbəti və ən önəmli addımdır.

Qeyd edək ki, Gürcütan 2024-cü ildə Aİ-yə müraciət etməyi düşünürdü, amma Ukraynada baş verən hadisələr üzvlüklə bağlı ərizəni tezləşdirməyi diktə etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə