Kiyevin mərkəzində əsir götürülmüş üç rus hərbçisi UNIAN agentliyində mətbuat konfransı keçirib. SİA xəbər verir ki, məhkumlar əvvəlcə kameralar qarşısına keçərək jurnalistlərlə söhbət ediblər.
Rusiya Federasiyasının üç polis əməkdaşı təhlükəsizlik qüvvələrinin müşayiəti ilə xəbər agentliyinə gətirilib. Xüsusi çevik dəstənin nümayəndəsi, daxili işlər idarəsinin səlahiyyətli zabiti, polkovnik-leytenant Dmitri Mixayloviç Astaxov, mobil xüsusi təyinatlı dəstəsinin məlumat və sənədləşdirmə qrupunun inspektoru Yevgeni Viktoroviç Spiridonov əsirləri müşayiət edənlər arasında olublar. Xəbər verilib ki, əsir götürülənlərdən biri Kemerovo vilayətinin Novokuznetsk şəhərinin OMON zabiti Yevgeni Vitalyeviç Plotnikovdur.
Xatırladaq ki, fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı hücum əmri verib, bir sıra şəhərlərdə, o cümlədən Kiyevdə partlayışlar, dağıntılar baş verib.
Ukraynada hərbi əməliyyatlar nəticəsində artıq 5840-dan çox insan həlak olub, əsirlər var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB