Rusiya ordusu Xarkovda məktəbi vurub

Rusiya ordusu Xarkovda məktəbi vurub

Rusiya Ukraynanın Xarkov vilayətində məktəbə zərbə endirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Rusiyanın İzyum şəhərinə endirdiyi hava hücumunda 2-si uşaq olmaqla 8 mülki şəxs həlak olub. Ukrayna Baş Qərargahından verilən açıqlamada, Rusiya əsgərlərinin gecə boyu paytaxt Kiyev və müxtəlif şəhərlərdəki yaşayış məntəqələrinə hava hücumlarını davam etdirdiyi bildirilib. Ölkənin şərqindəki Xarkov vilayətində məktəbə mərmi düşüb. Hücum nəticəsində məktəb binasının divarında böyük çuxur yaranıb, pəncərələri sındırılıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə