Fevral ayının 24-dən bu günə qədər Rusiya silahlı qüvvələrinin Ukraynada apardıqları müharibədə həlak olan canlı qüvvəsinin sayı 9 mini ötüb. SİA yerli UNİAN agentliyinə istinadən xəbər verir ki, həmçinin Rusiyanın itkiləri arasında 217 tank, 900 zirehli döyüş maşını, 90 artilleriya sistemi, 42 ədəd reaktiv yaylım atəşi sistemi, 11 hava hücumundan müdafiə sistemi, 30 təyyarə, 31 helikopter də var.
Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Facebook səhifəsində də məlumat verilib.
Ukrayna Ordusunun Baş Qərargahından bildirib ki, bütün məlumatlar dəqiqləşdirilir. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşib. Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilovun sözlərinə görə, Rusiya Federasiyasının 8 minə yaxın hərbi qulluqçusu ilə əlaqəsi yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB