"16 min əcnəbi könüllü Ukraynanı müdafiə etmək üçün artıq yola düşüb. SİA xəbər verir ki, bunu prezident Vladimir Zelenski ukraynalılara videomüraciətində deyib.
"Ukrayna hər gün tərəfdaşlarımızdan silah alır. Əsl dostlardan. Hər gün daha güclü silahlar. Ukrayna artıq ölkəmizə gələn 16 min əcnəbi könüllüləri qarşılamağa hazırlaşır. Onlar azadlığı müdafiə etməyə, insanları, dinc sakinləri müdafiə etmək üçün gəlirlər. İnanıram ki, bu, hər kəs üçün uğurlu olacaq. Buna əminəm”, - prezident bildirib.
Qeyd edək ki, fevralın 27-də Zelenski əcnəbiləri Ukraynaya gələrək Rusiya qoşunlarına qarşı döyüşə qoşulmağa çağırmışdı. Əcnəbilərdən ibarət ayrıca bir bölmə - Ukraynanın Beynəlxalq Ərazi Müdafiəsi Legionu yaradılır.
Beynəlxalq Legionda qeydiyyatdan keçmək və bütün təfərrüatlar üçün Ukraynanı müdafiə etmək istəyən şəxslər yaşadıqları ölkədəki Ukrayna səfirliyinin hərbi attaşesi ilə əlaqə saxlaya bilərlər.
Onu da bildirək ki, Prezident Zelinskinin sərəncamı ilə martın 1-də Ukraynanın Beynəlxalq Müdafiə Legionuna qoşulmaq istəyən əcnəbilər üçün vizasız rejim tətbiq edilib. Bu vizalar yalnız hərbi vəziyyət dövrü üçündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB