Ukraynalı qadınlar təslim olmuş rus əsgərinə yemək verdi

Ukraynalı qadınlar təslim olmuş rus əsgərinə yemək verdi

Ukraynalı qadınlar təslim olan rus əsgərinə isti yeməklə təsəlli veriblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, təslim olan gənc anası ilə telefonla danışarkən göz yaşlarına boğulub. Ukrayna səlahiyyətliləri rus əsgərlərini təslim olmağa çağırıb. "Tvitter"də paylaşılan bu görüntülər həm Rusiyada, həm də Ukraynada yayılıb.

Rus əsgərlərinin çarəsizlikdən ərzaq və ləvazimat bazarlarını qarət etdiyinə diqqət çəkən Zelenski, "Bunlar fövqəldövlətin döyüşçüləri deyil, istifadə olunan çaşqın uşaqlardır. İşğalçılar burada rahatlıq tapmayacaq, yemək yeyə bilməyəcəklər” dedi.

Qeyd edək ki, Ukrayna prezidenti Zelenski ölkəsinin qəhrəmancasına müqavimət göstərdiyini və ordunun indiyədək 9000 işğalçını zərərsizləşdirdiyini açıqlayıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə