Ermənistan parlamenti ölkənin yeni prezidentini seçib. SİA-nın Ermənistan KİV-lərinə istinadən məlumatına görə, Vahan Xaçaturyan səsvermənin ikinci turunda 71 səs yığaraq prezident seçilib.
Bu vəzifəyə yeganə namizəd olan V.Xaçaturyan birinci turda kifayət qədər səs toplaya bilməmişdi.
O, bu vəzifədə Armen Sarkisyanı əvəz edəcək. A.Sarkisyan yanvarın 23-də istefa vermişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB