Rus bombaları Kiyevin mərkəzi istilik sistemini hədəfə alıb. SİA xarici mətbuata istinadən bildirir ki, şəhərin bir çox yerlərində istiliyin verilməyəcəyi açıqlanıb. Rusiya isə Kiyevi tərk etmək istəyənlər üçün humanitar dəhliz yaradılacağını açıqlayıb. Sumi şəhəri də Rusiya bombalarının hədəfi olub. Səhər saatlarında Sumi Dövlət Universitetinin hərbi fakültəsinin binası bombalanıb. Ukrayna Rusiyaya məxsus qırıcı təyyarəni vurduğunu bildirib.
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı, general-leytenant Valeri Zalujnı Kiyev vilayətinin İrpin şəhərində Rusiyaya məxsus SU-30 təyyarəsinin vurulduğunu açıqlayıb. "Bizim hava hücumundan müdafiə sistemimiz mükəmməl işləyir"- deyə, o, bildirib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB