Putin KTMT-nin sülhməramlı fəaliyyəti ilə bağlı sənədi Dumaya təqdim edib
Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlılıq fəaliyyəti barədə sazişə dəyişiklik edilməsi haqqında protokolu ratifikasiya üçün təqdim edib.
SİA-nın məlumatına görə, sənəd Dumanın elektron bazasında yerləşdirilib.
Qeyd olunur ki, protokol BMT-nin himayəsi ilə keçirilən əməliyyatlarda iştirak edəcək sülhməramlı qüvvələri formlaşdıran "əlaqələndirici dövlət" anlayışının tətbiqini nəzərdə tutur.
"Protokol "əlaqələndirici dövlət" anlayışının tətbiqini və bu dövlətin himayəsində BMT-nin sülhməramlı əməliyyatlarında iştirak edəcək KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin formalaşdırılmasını nəzərdə tutur", - sənəddə deyilir.
Qeyd edək ki, protokol 16 sentyabr 2021-ci ildə Düşənbədə imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB