Rusiya Xersonu ələ keçirib - SON DƏQİQƏ! - FOTO

Rusiya Xersonu ələ keçirib - SON DƏQİQƏ! - FOTO

Rusiya-Ukrayna arasında müharibənin davam etdiyi hər nöqtədə qarşıdurmalar şiddətlənib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Rusiya Ukraynanın Xerson şəhərini tamamilə nəzarətə götürdüyünü açıqlayıb. Ukrayna öldürülən rus əsgərlərinin sayının 9 min olaraq açıqlasa da, Rusiya bu mövzuda ilk dəfə olaraq açıqlama verib.

Rusiya xarici işlər naziri Sergey Lavrovun 3-cü Dünya Müharibəsi açıqlamaları beynəlxalq ictimaiyyətin və sosial medianın böyük marağına səbəb olub. Digər tərəfdən, Ukraynanın işğalı səbəbindən Rusiyaya qarşı sosial media sanksiyaları gündəmə gəlib. Böyük rus konvoyları Ukrayna küçələrində nümayiş etdirilərkən, bu təəccüblü fotoşəkillər işğalın Ukraynanın içərilərinə qədər irəlilədiyini də ortaya qoyub.

Günay İsmayıllı

Bütün xəbərlər Facebook səhifəmizdə