Haaqa tribunalı Rusiyanın Ukraynaya hücumu ilə bağlı təhqiqata başlayıb
Haaqa Məhkəməsi Rusiyanın Ukraynaya hücumu ilə bağlı hərbi cinayətləri araşdırmağa başlayıb.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Beynəlxalq Cinayət Məhkəməsinin hüquqi instansiyasının prokuroru Kərim Xan Rusiyanın törətdiyi mümkün hərbi cinayətlərlə bağlı araşdırmaya başlanıldığını bildirib.
“Ukraynadakı vəziyyətin ilkin təhlilindən sonra ofisim bizim məhkəmənin yurisdiksiyasına daxil olan cinayətlərin törədilə biləcəyinə inanmaq üçün kifayət qədər əsas gördü. Potensial olaraq belə hesab edilə bilən konkret hallar artıq müəyyən olunub və təhqiqatın əsasını təşkil edəcək. İstintaq aparılır”, – prokuror deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB