Ukraynanın Aİ-yə üzvlük müraciətinə baxılması proseduruna başlanılıb

Ukraynanın Aİ-yə üzvlük müraciətinə baxılması proseduruna başlanılıb

Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı müraciət ərizəsinə baxılması proseduruna başlanılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə öz "Twitter" səhifəsində Ukraynanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Vsevolod Çentsov bildirib.

"Ukrayna prezidenti Vladimir Zelenskinin imzaladığı Ukraynanın Avropa İttifaqına üzvlük ərizəsini Avropa İttifaqı Şurasında sədrlik edən Fransanın Aİ yanında daimi nümayəndəsi Filip Leqlis-Kostaya təqdim etdim", - deyə V.Çentsov qeyd edib.

O əlavə edib ki, ərizə qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə