SİA-nın əldə etdiyi məlumata görə, bu barədə çərşənbə günü mətbuat konfransında ABŞ dövlət katibi Entoni Blinken bildirib.
“Əgər Rusiya qoşunlarını çıxarsa və danışıqlara hazırdırsa, biz də bunu etməyə hazırıq”, – ABŞ rəsmisi vurğulayıb.
“Mən dostum və həmkarım, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə demək olar, hər gün əlaqə saxlayıram. Mən açıq şəkildə bildirdim ki, biz Ukrayna hakimiyyətinin atəşkəsə nail olmaq və Rusiya qüvvələrini geri çəkmək üçün istənilən diplomatik səylərini dəstəkləyəcəyik”, – Blinken əlavə edib.
O, həmçinin bildirib ki, Qərb ölkələri Ukraynaya hava hücumundan müdafiə sistemləri, tank əleyhinə sistemlər və digər silahların tədarükünü sürətləndirmək üçün hərəkətləri əlaqələndirirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB