Zelenski: “Bu, Rusiyanın dövlət terrorudur. Rusiya terrorçu dövlətdir"
Rusiya ordusunun Ukraynanın Sumı vilayətinin Oxtırka şəhərindəki hərbi hissəyə raket hücumu nəticəsində 70-ə yaxın əsgər həlak olub.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Sumı qubernatoru Dmitri Jivitskii özünün şəxs "Telegram" hesabında Oxtırka şəhərindəki hərbi hissənin Rusiya ordusu tərəfindən vurulduğunu, hücumda 70-ə yaxın ukraynalı əsgərin həlak olduğunu bildirib.
Qubernator qeyd edib ki, qruplar və könüllülər hərbi hissənin dağıntıları altında axtarış-xilasetmə işləri aparırlar.
Şəhərdə çoxlu sayda rus əsgərinin cəsədinin olduğunu bildirən qubernator bu cəsədləri toplayaraq Beynəlxalq Qızıl Xaç Təşkilatına təhvil verdiklərini qeyd edib.
Rusiya ordusunun Ukraynanın Xarkov qubernatorluğuna raket hücumu nəticəsində 7 mülki vətəndaş həyatını itirib.
Xarkov qubernatoru Oleh Synyehubov şəxsi "Telegram" hesabından verdiyi açıqlamada, ilk təsbitlərə görə hücumda 7 mülki şəxsin həlak olduğunu, biri uşaq olmaqla 24 nəfərin yaralandığını bildirib. Qubernator bəyan edib ki, Rusiya ordusu Xarkovda mülki əhalini və mülki infrastrukturu vəhşicəsinə məhv edib.
Ukrayna Fövqəladə Hallar Xidmətindən verilən açıqlamada bu gün (2 mart) səhər saatlarında Rusiya ordusunun həyata keçirdiyi raket hücumunun qubernatorluğa, binanın yerləşdiyi Azadlıq meydanına və ətrafdakı digər tikililərə ciddi ziyan vurduğu bildirilib. Rusiya təyyarələrinin bombalanması nəticəsində bir yaşayış binasının tamamilə dağıldığı və çox sayda insanın dağıntılar altında qaldığı açıqlanıb.
Ukrayna prezidenti Vladimir Zelenski Xarkova hücumun hərbi cinayət olduğunu bildirib.
“Bu, Rusiyanın dövlət terrorudur. Rusiya terrorçu dövlətdir. Mən bütün dünyanı bu hədsiz hücuma effektiv və çevik reaksiya verməyə və Rusiyanın dövlət terroru törətdiyini etiraf etməyə çağırıram. Biz terrorçuların beynəlxalq məhkəmələrdə cavab vermələrini tələb edirik” deyib.
Digər tərəfdən, Xarkov qubernatoru Oleh Synyehubov özünün şəxsi "Telegram" hesabından etdiyi başqa paylaşımda, şəhərin son 24 saat ərzində Rusiya ordusu tərəfindən intensiv raket və artilleriya atəşinə məruz qaldığını, Rusiya mexanikləşdirilmiş birliklərinin şəhərin şimal-şərq və şimal hissələrindən hücuma cəhd etdiyini bildirib.
Bütün hücumların dəf edildiyini qeyd edən Synyehubov Rusiya ordusuna aid 40-dan çox maşını ələ keçirdiklərini bildirib.
Synyehubov Rusiyanın Su-25 təyyarələrinin Çuhuiv bölgəsindəki hava limanını və Poltava yolundakı tank məktəbini bombaladığını, Ukrayna əsgərlərinin Rusiya ordusuna aid bir təyyarəni vurduğunu bildirib.
Qubernator Synyehubov bildirib ki, son 24 saat ərzində Rusiyanın hücumları nəticəsində 21 ukraynalı mülki şəxs həlak olub, 112 mülki şəxs isə yaralanıb.
Martın 1-i tarixində gecə Rusiya əsgərlərinin paytaxt Kiyevdəki televiziya qülləsinə hücumu nəticəsində 5 nəfər həyatını itirib, 5 nəfər isə yaralanıb.
Ukrayna Fövqəladə Hallar Xidmətinin verdiyi məlumata görə, Şevçenko rayonundakı televiziya qülləsi vurulub.
İlk təsbitlərə görə, hücumda 5 nəfər həyatını itirib, 5 nəfər isə yaralanıb.
Zelenski həmçinin "Twitter" hesabında Rusiyanın nasistlər tərəfindən yəhudilərin qırğınının simvolu olan Babi Yar abidəsinə hücumu nəticəsində ən azı 5 nəfərin öldüyünü bildirib, “Tarix təkrarlanır” deyib.
Rusiya Müdafiə Nazirliyi də Rusiya ordusunun Ukraynanın Xerson şəhərinə nəzarəti ələ keçirdiyini açıqlayıb.
Rusiya hərbi birləşmələrinin Ukraynada 1502 hərbi infrastruktur obyektini məhv etdiyini bildirən Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Ukrayna ordusuna məxsus 472 tank və zirehli texnikanın, 63 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 206 top və 336 xüsusi təyinatlı hərbi maşının məhv edildiyini bildirib.
Konaşenkov bəyan edib ki, Ukrayna kəşfiyyatının texnoloji obyektləri və Kiyevdəki 72-ci Baş Psixoloji Xüsusi Əməliyyat Mərkəzi yüksək dəqiqlikli silahlarla vurulub. Kiyevdəki teleqüllə zərərsizləşdirilib.
Konaşenkov Tokmak və Vasiliyevka qəsəbələrinə nəzarət edildiyini qeyd edərək, "Xerson şəhəri nəzarətə götürülüb. Vilayət rəhbərliyi ilə Rusiya ordusu arasında şəhərdə sosial infrastrukturun davam etdirilməsi ilə bağlı danışıqlar davam edir" deyib.
Xatırladaq ki, fevralın 24-də Rusiya qoşunları Ukraynaya hücum başladıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 23:02Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



