Ukraynada 2 000-dən çox dinc sakin həlak olub

Ukraynada 2 000-dən çox dinc sakin həlak olub

Ukrayna Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti (FVDX) Rusiyanın 7 günlük hücumlarında 2000-dən çox ukraynalı dinc vətəndaşın həyatını itirdiyini açıqlayıb.

SİA xəbər verir ki, xidmətin verdiyi məlumata görə, müharibənin yeddi günü ərzində Rusiya yüzlərlə nəqliyyat infrastrukturu obyektini, evləri, xəstəxanaları və uşaq bağçalarını dağıdıb.

Açıqlamada Rusiya ordusunun həyata keçirdiyi hücumlarda 2000-dən çox Ukrayna vətəndaşının həyatını itirdiyi və bu rəqəmə həyatını itirən Ukrayna əsgərlərinin daxil olmadığı bildirilib.

Açıqlamada bildirilib ki, Fövqəladə Hallar Xidməti qrupları Rusiyanın hücumları nəticəsində yaranan 400-dən çox yanğını söndürüb, 10 yanğınsöndürən isə xidməti vəzifələrini yerinə yetirərkən həyatını itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə