Türkiyə daha 404 vətəndaşını Ukraynadan təxliyə edir

Türkiyə daha 404 vətəndaşını Ukraynadan təxliyə edir

Türkiyə Ukraynada müharibə zonalarında olan daha 404 vətəndaşını təxliyə edir.

SİA-nın xəbərinə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Nazirin sözlərinə görə,onlar artıq yola çıxıb.

Çavuşoğlu qeyd edib ki, beləliklə, Türkiyə tərəfindən Ukrayna ərazsinindən təxliyə olunan vətəndaşların sayı 8454 nəfərə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə