Jozep Borrel Avropa İttifaqı Şurasının təcili iclasını çağırıb

Jozep Borrel Avropa İttifaqı Şurasının təcili iclasını çağırıb

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Avropa İttifaqı Şurasının iclasını çağırıb.

SİA xəbər verir ki, bu barədə Jozep Borrel öz tviter hesabında yazıb.

İclasın Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və digər transatlantik tərəfdaşların iştirakı ilə xarici işlər nazirləri səviyyəsində keçirilməsi nəzərdə tutulur.

Martın 4-də keçirilməsi planlaşdırılan toplantıya ABŞ dövlət katibi Entoni Blinken və NATO baş katibi Yens Stoltenberq də dəvət alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə