“Toyota” şirkəti də Rusiyada istehsalı dayandırdı

“Toyota” şirkəti də Rusiyada istehsalı dayandırdı

Yaponiyanın "Toyota Motor" şirkəti Rusiyada avtomobil istehsalını dayandırıb.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə “Nikkei” nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, “Toyota Motor" xaricdən ehtiyat hissələrin tədarükü ilə bağlı problemlər səbəbindən Rusiyada avtomobillərin istehsalını dayandırır. “Toyota” bu ölkəyə hələlik avtomobil də ixrac etməyəcək.

Nəşrin yazdığına görə, Yaponiyanın “Honda” və “Mazda” şirkətləri də ixracı dayandırmağa qərar veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə