Bu gün Rusiya ilə Ukrayna arasında danışıqların ikinci raundu keçiriləcək

Bu gün Rusiya ilə Ukrayna arasında danışıqların ikinci raundu keçiriləcək

Rusiya ilə Ukrayna arasında danışıqların ikinci raundu bu gün axşam saatlarında başlayacaq.

SİA-nın məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Görüşün keçiriləcəyi yer barədə məlumat verilməyib.

Ukrayna prezident ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç görüşün bu gün keçiriləcəyini təsdiq edib.

Qeyd edək ki, tərəflər arasında ilk görüş fevralın 28-də Belarusun Qomel şəhərində keçirilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə