İsrail polisinin Qüdsə atdığı bomba 11 yaşlı qızcığazın başına dəyib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İsrail polisi tərəfindən atılan bombalardan biri işğal altındakı Qüdsdə Dəməşq qapısı yaxınlığında 11 yaşlı uşağın başına dəyib.
Balaca uşaq hadisə yerinə gələn həkim briqadası tərəfindən Qüds Hadassah xəstəxanasına köçürülüb. Mənvər Burqan adlı uşağın kar olduğu və şəhərdəki özəl məktəbdə təhsil aldığı öyrənilib. İsrail polisinin Bab əl-Amud bölgəsində İsra və Merac anım mərasiminə qatılan çoxlu sayda insana hücumundan sonra qarşıdurma baş verib.
Qeyd edək ki, hücumlarda 36 fələstinli yaralanıb. İsrail polisi 20 fələstinlinin həbs olunduğunu, 4 polisin yaralandığını açıqlayıb.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB