Rusiya ibtidai sinif uşaqlarını həbs edib - FOTOLAR

Rusiya ibtidai sinif uşaqlarını həbs edib - FOTOLAR

İbtidai sinif şagirdlərinin Rusiyada müharibə əleyhinə nümayiş keçirdikləri üçün həbs edildiyi bildirilib. SİA-nın xarici mətbuata itinadən verdiyi xəbərə görə, Rusiyada son 5 gündə müharibə əleyhinə nümayişlərə görə 6 mindən çox adamın saxlanıldığı iddia edilir. Rusiyada müxalif siyasətçinin paylaşdığı fotolarda müharibə əleyhinə nümayiş keçirən ibtidai sinif şagirdlərinin həbs edildiyi görünür. Moskvada zirehli polis maşınının arxasına mindirilən azyaşlı uşaqlar polis idarəsinə aparılıb. Uşaqların Ukrayna konsulluğu önünə gül dəstələri qoyarkən həbs edildiyi bildirilib. Həbs edilən uşaqlardan birinin əlində Ukrayna bayrağının rəngləri olan sarı və mavi rənglərə boyanmış yazıların olduğu rus dilində “Müharibəyə yox” yazılmış pankart tutduğu görünür.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə