Qazaxıstan parlamenti Nazarbayevin qızının istefasını təsdiqləyib

Qazaxıstan parlamenti Nazarbayevin qızının istefasını təsdiqləyib

Qazaxıstan parlamentinin Məclisi (aşağı palatası) plenar iclasda ölkənin eks-prezidentinin böyük qızı Dariqa Nazarbayevanın deputat səlahiyyətlərinin istefasını təsdiqləyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “RİA Novosti” məlumat yayıb.

Fevralın 25-də respublikanın Mərkəzi Seçki Komissiyası Nazarbayevanın müraciəti əsasında onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı təklifi Milli Məclisə təqdim etmək qərarına gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə