SİA xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak deyib.
“İri şəhərlərin bombalanması, kütləvi mülki itkilər, əhali arasında qorxu və təşviş yaratmaq. Bunlar Rusiyanın yeni müharibə taktikasının əsas elementləridir”, – Podolyak qeyd edib.
Xatırladaq ki, martın 1-i axşam saatlarında “Dorohojiçi” metrostansiyası yaxınlığındakı teleqülləyə iki raket atılıb. Teleqülləni elektrik enerjisi ilə təmin edən transformator yarımstansiyası, həmçinin idarəetmə otağı zədələnib.Hadisə nəticəsində 5 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB