...Ukraynaya hücuma görə
Polşa Baş Prokurorluğu Ukraynaya hücumla bağlı Rusiyaya qarşı cinayət işi açıb.
SİA-nın əldə etdiyi məlumata görə, Polşanın ədliyyə naziri, baş prokuror Zbiqnev Zebro Varşavada jurnalistlərə bildirib.
Baş Prokurorluq Ukraynaya hərbi hücum cinayəti ilə bağlı araşdırmaya başlayıb.
Zebronun sözlərinə görə, müstəntiqlər əvvəlcə Ukraynada baş verənləri sənədləşdirəcəklər.
“İstintaq çərçivəsində bu cinayəti törədən şəxslərin beynəlxalq məsuliyyətə cəlb edilməsinə əsas olacaq bütün hadisələri prosessual şəkildə sənədləşdirəcəyik”, – Baş prokuror bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB