Rusiya hərbçiləri Mariupolu atəşə tutub, ölən və yaralananlar var

Rusiya hərbçiləri Mariupolu atəşə tutub, ölən və yaralananlar var

Rusiya hərbi qüvvələri Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərinin mərkəzini atəşə tutub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi teleqramdakı hesabında məlumat yayıb.

Hadisə nəticəsində ilkin məlumatlara görə, 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Bununla yanaşı, bir neçə ev və 16 saylı məktəb dağılıb.

Eyni vaxtda Levoberejnı rayonunun yaşayış sahəsi, həmçinin Kommunalşçik kommunal müəssisəsinin ərazisi atəşə məruz qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə