Estoniya Ukraynaya humanitar yardım göndərib

Estoniya Ukraynaya humanitar yardım göndərib

Estoniya çadır şəhərciyinin yaradılması məqsədilə Ukraynaya humanitar yardım göndərib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Ukraynaya göndərilən yardım partiyasına 6 ədəd çadır, 200 ədəd yataq kisəsi, 200 ədəd çarpayı, 4 ədəd dizel generatoru və çadırlar üçün 6 ədəd istilik sistemi daxildir.

Bildirilib ki, Ukraynaya göndərilən avadanlığın dəyəri 161 700 avro təşkil edir. Qeyd edilib ki, Estoniya Aİ-nin mülki müdafiə mexanizmi çərçivəsində Ukraynaya yardım göndərib. Aİ-yə üzv olan 27 ölkənin hamısı, həmçinin İslandiya, Norveç, Serbiya, Şimali Makedoniya, Monteneqro və Türkiyə mülki müdafiə mexanizminə qoşulub.

Bütün xəbərlər Facebook səhifəmizdə