Rusiya Türkiyənin boğazlarla bağlı tələbini qəbul edib

Rusiya Türkiyənin boğazlarla bağlı tələbini qəbul edib

Rusiya Türkiyənin Qara dəniz donanmasında qeydiyyatda olmayan rus gəmilərinin Bosfor və Dardanel boğazlarından keçməməsinə dair tələbini qəbul edib.

SİA-nın xəbərinə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O, həmçinin, əlavə edib ki, Türkiyə münaqişədə tərəf tutmağa məcbur deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə