Solovyovun narahatçılığı əsassız deyilmiş...

Rusiyanın xaricdəki mülklərinin müsadirəsinə başlanıldı
Solovyovun narahatçılığı əsassız deyilmiş...
Polşa Varşavadakı Rusiya əmlakının, o cümlədən Rusiya səfirliyinin məktəb binasının müsadirə edilməsi prosesinə başlayıb.

SİA xəbər verir ki, bu barədə Polşanın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“Xarici İşlər Nazirliyi diplomatik və konsulluq məqsədləri üçün istifadə edilməyən və Rusiya Federasiyasının qeyri-qanuni mülkiyyətində olan iki daşınmaz əmlak obyekti ilə bağlı icraatının başlanması üçün səlahiyyətli dövlət orqanlarına müraciət edib”, - bəyanatda deyilir.

Qeyd edək ki, söhbət Rusiyanın Polşadakı səfirliyinin nəzdindəki Kiletskaya 45 ünvanında yerləşən məktəb və Sobeski 100 ünvanındakı əvvəllər rus diplomatlarının yaşadıqları, indi isə boş və təmirə ehtiyacı olan binalardan gedir.

P.S: Yadınızda olar...bir müddət bundan əvvəl rusiyalı "orator" Vladimir Solovyov həmişə aşağılamağa çalışdığı Ukrayna və ukraynalılarla ilə bu dəfə, nədənsə, "barışığa" çağırırdı. Deməli, bu da səbəbsiz deyilmiş. Belə görünür ki, o İtaliyada, Komo gölü ətrafında aldığı villanın (şəkildəki villa Solovyova məxsusdur) sonrakı taleyindən narahatmış....

Bütün xəbərlər Facebook səhifəmizdə